Tammiqyaslı müharibənin bu nöqtəsində ABŞ-ın Ukraynaya verdiyi kaset sursatları əhəmiyyətli təsir göstərə bilər.
AzerTimes xəbər verir ki, bunu Karnegi Fondunun baş əməkdaşı Maykl Kofman bildirib.
“Nöqsanlara baxmayaraq, bu arsenal Ukraynanın hücumunun gedişi üçün mühüm əhəmiyyət kəsb edir. Ukraynanın hücumu mövcud artilleriya sursatlarının miqdarı ilə məhdudlaşır. ABŞ və digər ölkələr bu əməliyyat üçün ciddi vəsait ayırıblar. Bu döyüş sursatı olmadan hücumu təsəvvür etmək çətindir”, – Kofman bildirib.