Amerikalı jurnalist və teleaparıcı Taker Karlson Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibə almaq üçün yenidən Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Karlson X sosial şəbəkəsində məlumat verib.
“Dünya nüvə müharibəsi astanasındadır və buna Vaşinqtonun Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı təkan verir. Rusiya ilə ABŞ arasında görünməmiş münaqişə təhlükəsinin nə dərəcədə real olduğunu Lavrovdan öyrənməyə qərar verdik. Rusiyanı Çinin orbitindən Qərbə qaytarmağın mümkün olub-olmadığını və ya indiki alyansın geridönməz hala gəlib çatdığını müzakirə etdik”, – Karlson bildirib.