Karlson Putinlə müsahibə üçün qonorar alıb?

Karlson Putinlə müsahibə üçün qonorar alıb?

Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibə üçün qonorar alması ilə bağlı iddialar cəfəngiyyatdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

“Son günlər səfirliyə telefon zəngləri olub, məndən soruşurlar: Karlsonu Moskvaya getməmişdən əvvəl görmüsünüzmü, ona kimlə əlaqə saxlamaq üçün hansı göstərişləri vermisiniz, vizasını haradan alıb və s. Mən sadə bir sual vermək istəyirəm: ABŞ Konstitusiyasına birinci düzəliş haqqında nə demək olar? Niyə söz azadlığı ilə bağlı bu konstitusiya dəyişikliyindən bəziləri istifadə edə, bəziləri isə edə bilməz?

Karlsona qarşı bəzi təhqirlər edilir, onun az qala agent olması, hansısa qonorar alması iddia olunur. Bu, nə cəfəngiyyatdır. Bu, ikili standartların daha bir nümunəsidir”, – Antonov jurnalistlərə bildirib.

Teqlər: