Amerikalı jurnalist Karlson Putinə verməyə cəsarət etmədiyi sualın nə olduğunu açıqlayıb.
AzerTimes “Pool N3” Teleqram kanalına istinadən xəbər verir ki, Taker Karlson müsahibə zamanı Rusiya Prezidenti Vladimir Putindən afroamerikalıların Kremldə niyə vəzifədə olmaması barədə sualı verməkdən çəkinib.
Onun sözlərinə görə, o, müvafiq sualı verməyi planlaşdırıb, lakin etika naminə fikrini dəyişib:
“Ancaq bu çox spesifikdir. Anlaşılmazlıqlara səbəb olmamaq üçün bu məsələdən imtina etmək qərarına gəldim”, – o qeyd edib.
Xatırladaq ki, Taker Karlson bu ilin fevral ayının əvvəlində Moskvaya səfər etmişdi. O, Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb. Jurnalist daha sonra etiraf edib ki, Moskvaya səfərindən sonra ABŞ liderlərinə nifrət etməyə başlayıb.