Rusiyalı aparıcı, “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydenlə müsahibə üçün Ağ Evə sorğu göndərdiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, o, Rusiya və ABŞ-da bir-birini dinləmək imkanının yetərli olmadığını bildirib.
“Hesab edirik ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ jurnalistinə müsahibəyə razılıq verməklə layiqli nümunə göstərib”, – Kiselyovun məktubunda xüsusi qeyd olunur.
O bildirib ki, müsahibəni şəxsən, “Rossiya 1” telekanalının “Həftənin xəbərləri” informativ-analitik proqramı çərçivəsində aparmağı planlaşdırır.
Qeyd edək ki, məşhur amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Putndən götürdüyü müsahibə 8 fevralda yayımlanıb.