Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen rusiyalı Yan Nepomniaxçi ilə dünya şahmat tacı uğrunda görüşdə iştirakdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə şahmatçı Maqnus Karlsen məlumat yayıb.
Karlsen Madriddə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbərliyi ilə görüşdüyünü və qərarını onlara çatdırdığını bildirib. Onun sözlərinə görə, FİDE ona bir sıra təkliflər edib, amma yenə də o, səbəbini izah etmədən görüşdə iştirak etməyə razı olmayıb.
Norveçlinin imtinası səbəbindən rusiyalı namizəd Yan turnirdə ikinci yeri tutan çinli Dinq Lirenlə oynayacaq.