Karbamidin xarici bazarlara ixracı 8 dəfə artıb – Rövşən Nəcəf

Bu ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən daxili
bazara 53,4 min ton karbamid satılıb. Bu da ötən ilin analoji dövrü
ilə müqayisədə 224% çoxdur.

AzerTimes-ın məlumatına görə,
bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini
müvəqqəti icra edən Rövşən Nəcəf “Twitter” səhifəsində
bildirib.

Onun sözlərinə görə, karbamidin xarici bazarlara ixracı həcm
baxımından 8 dəfə, dəyər baxımından isə 33 dəfə artıb.

Bu isə Azərbaycanın xarici ticarət saldosuna 93 milyon dollar
müsbət təsir edib.

Teqlər: