Karateçimiz Qran-Pri turnirinin “Top Ten” yarışında bürünc medal qazanıb

Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
keçirilən Qran-Pri turnirində uğurla çıxış edib.

AzerTimes-ın
məlumatına görə, karateçimiz turnirin “Top Ten” yarışında bürünc
medal qazanıb.

Qran-Pri turnirində A.Qurbanlıdan başqa, mükafatlar uğrunda Emil
Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola
Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi
Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina
(İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç
(hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) iştirak
ediblər.

Dörd qrupa bölünən idmançılar mütləq çəki dərəcəsində mübarizə
aparıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirin mükafatçıları
toplanılan ballar əsasında təyin edilib.

Turnirin qalibi iki min avro pul mükafatına layiq görülüb.
İkinci yeri tutan idmançı min avro, üçüncü pilləyə çıxanların hər
birinə isə beş yüz avro pul mükafatı verilib.

Teqlər: