Karasindən seçkilərlə bağlı açıqlama: Məhz bu amil…

Karasindən seçkilərlə bağlı açıqlama: Məhz bu amil…

Seçkilər günü səs verənlərin qəlblərini nikbinliklə doldurur. Çünki söhbət təkcə bülletendə öz mövqeyini, sadəcə, ifadə etməkdən getmir, söhbət hər bir ailənin, hər bir insanın, hər bir azərbaycanlının gələcəyə səs verməsindən gedir. İnsanlar sabitliyə, iqtisadi və sosial tərəqqiyə səs verirlər.

AzerTimes xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin söyləyib.

O qeyd edib ki, Azərbaycanda bu hadisəni gözləyir, ona hazırlaşırdılar:

“Biz bilirik ki, yeddi namizəd qeydə alınıb. Əminəm ki, güclü olan qalib gələcək. Bu gün səs verənlər Azərbaycanın müasir, dinamik ölkəyə çevriləcəyinə ümid bəsləyirlər. Məhz bu amil belə böyük sayda seçicini seçki məntəqələrinə gətirir. Bu, həm göz oxşayır, həm də könül sevinir. Bu cür şərait yaratmağı bacaran təşkilatçılara “Çox sağ ol!” deyirəm”.

Teqlər: