Karasin “göndərilib” dedi – İrəvan təkzib etdi

Karasin “göndərilib” dedi – İrəvan təkzib etdi

Ermənistan parlamentinə Rusiyadan heç bir məktub daxil olmayıb.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan deyib.

Xatırladaq ki, Simonyan AB ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı bildirib ki, konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya işğalı və Yaxın Şərq münaqişəsi məsələsi olduğunu nəzərə alaraq, ölkəsinin Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləyir.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin bununla bağlı Ermənistan parlamentinə izahat tələbi ilə məktub göndərildiyini açıqlamışdı.

Teqlər: