Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin
qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə,
yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq
sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər
qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin
inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar
Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə )
maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs
edilib.