Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə toy mərasimində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Aytac” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.


Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb və onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.

Teqlər: