Karantin qaydalarını pozan çay evinin sahibi cərimələndi

Xəbər - Fərid Zöhrabov -Trend:

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən obyektin sahibi və orada olan müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə ediliblər.

Teqlər: