Karantin ölkəyə ziyan vurur: sərhədlər nə vaxt açılacaq?

Karantin ölkəyə ziyan vurur: sərhədlər nə vaxt açılacaq?

Azərbaycanda karantin rejiminin uzadılması və quru sərhədlərin bağlı qalması pandemiya ilə bağlı deyil və bu artıq hər kəsə məlumdur. Çünki dünyada pandemiyaya görə sərhədlərini bağlı saxlayan, karantin rejimi şəraitində olan dövlət qalmayıb.

Bu sözləri AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı olması sərhədyanı ticarət turizminə mənfi təsir göstərir:

“Azərbaycanda iqtisadi mənzərəyə baxanda görürük ki, quru sərhədlərin bağlı olması ÜDM-in azaldılmasına səbəb olur. Biz ÜDM üzrə MDB məkanında ən aşağı artım tempi göstərən ölkəyik, ən son göstəricilərdə 0.5 faiz artım qeydə alınmışdı. Ölkə turizm sahəsinin inkişafını prioritet elan edib. Ona görə də bu bəyanata paralel olaraq, quru sərhədlərin bağlı qalması məntiqli deyil. Ehtimal var ki, Novruz bayramından sonra karantin rejimi ləğv olunsun”.

Mütəxəssis vurğulayıb ki, qarşıdan gələn prezident seçkisi ərəfəsində karantin rejiminin qüvvədə qalması təhlükəsizliyə müsbət təsir göstərir:

“Eyni zamanda, Novruz bayramı ərəfəsində daxili turizmdə müəyyən maraq qrupları var ki, karantin rejimi ərzində gəlir əldə etmək istəyir”.

Teqlər: