Karamollaoğlunu o əvəz edəcək

Karamollaoğlunu o əvəz edəcək

Xəbər verdiyimiz kimi, Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, artıq T.Karamollaoğlunu əvəz edəcək şəxsin adı da bəlli olub.

Bildirilib ki, ötən gün Karamollaoğlunun liderliyində partiyanın iclası keçirilib.

İclasda sədrliyə yeganə namizədin partiyanın İstanbul üzrə millət vəkili Birol Aydın deyil, Kayseri millət vəkili Mahmud Arıkan olduğu iddia edilib.

Qeyd olunub ki, partiyanın yeni sədri iyunun 24-də ictimaiyyətə açıqlanacaq.

Teqlər: