“Karabakh.Center” internet resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə və Qarabağ Dirçəliş Fondunun iderə heyətinin sədrinin və onun ətrafında olan komandanın zəhməti sayəsində yaradılıb.
AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
M.Cabbarov bildirib ki, bu böyük başlanğıcdır. Bu portal bizə imkan verəcək ki, biz mövcud vəziyyəti inventarlaşdıraq, digər tərəfdən bu məsələ ilə bağlı xarici auditoriyaları məlumatlandırmağa imkan verəcək. Portalın müxtəlif dillərdə fəaliyyəti nəzərdə tutulur