“Kapitalbank”ın rəhbəri adından vətəndaşlara SMS yazan 4 nəfər saxlanıldı

Xəbər - Samir Əli – Trend:

“Kapitalbank”ın Müşahidə Şurasının sədri Cəlal Qasımovun adından vətəndaşlara bank kartrları ilə bağlı sorğu göndərən şəxslər saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb: “Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.


Xatırladaq ki, son bir ay ərzində “Kapitalbank” və “Paşabank” müştərilərinə 051 55510 95 nömrəsindən SMS-lər gələrək vətəndaşların kartlarının təhlükəsizliyi adı ilə bank kartının kod və bank nömrələri tələb olunur. Naməlum dələduzlar bu yolla vətəndaşların kartlarında olan müxtəlif məbləğdə vəsaitləri oğurlayırdı.

Teqlər: