Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərməsi üzrə liderdir (FOTO)

Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən,
onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və
güzəştlər təqdim edən Kapital Bank bu istiqamətdə Sahibkarlığın
İnkişafı Fondu (SİF) ilə sıx əməkdaşlıq edir. SİF pandemiyadan
zərər çəkmiş sahibkarların müvəkkil kredit təşkilatlarından
aldıqları yeni kreditlərə zəmanət və subsidiya verilməsini nəzərdə
tutan dövlət zəmanətli kredit və subsidiya mexanizmi başa
çatdırılıb.

Nəticələrə görə Kapital Bank zəmanəti qüvvəyə minən 537
sahibkara dəstək göstərməklə 18 müvəkkil bank arasında birinci
yerdədir. Proqram çərçivəsində 2630 müraciət üzrə 500 milyon manata
yaxın kreditə 292 milyon manatdan artıq məbləğə zəmanət verilib.
Zəmanət verilən kreditlər üzrə 17,3 milyon manat subsidiya ödənilib
və kredit müddəti ərzində ödənişlər davam etdiriləcək.


Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə
tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal,
Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən
Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS
müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri
menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi
məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya,
overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının
sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə
məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Teqlər: