Kapital Bank – ölkə üzrə ən çox bankomatı olan bankdır

Fasiləsiz müştəri xidməti keyfiyyətinin artırılmasına böyük önəm
verən Kapital Bank ölkə üzrə ən geniş filial şəbəkəsi ilə yanaşı,
həmçinin ən çox sayda bankomatı olan bankdır. Artıq Kapital Bank-ın
Azərbaycan üzrə 1000-dək bankomatı müştərilərə 24 saat xidmət
göstərir.

Bu bankomatların 500-ə yaxını Bakı və Abşeronda, digər hissəsi
isə regionlarda yerləşir. Bundan başqa Kapital Bank işğaldan azad
olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində də
işlər həyata keçirməyə davam edir. Hazırda Şuşada, Hadrutda,
Qubadlıda və Ağdamda bankomatlar fəaliyyət göstərir. Yaxın
gələcəkdə işğaldan azad olunan digər yerlərdə də yeni bankomatların
quraşdırılması planlaşdırılır.

Bankın 130-a yaxın xidmət nöqtəsi ilə yanaşı ticarət
mərkəzlərində, böyük marketlərdə, insanların sıx yaşadığı
ərazilərdə və digər yerlərdə bankomatların quraşdırılması prosesi
uğurla davam etdirilir. Bankomatların yerləşdiyi ünvanlar barədə
məlumatı bankın korporativ saytından, həmçinin Birbank rəqəmsal
bankından almaq olar, habelə müştərinin olduğu əraziyə ən yaxın
olan bankomatın yerini də müəyyən edə bilərlər.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: