“Kapital Bank” mətbuat konfransı keçirdi

2023-cü il Kapital Bank üçün necə yadda qaldı?

Fərid Hüseynov: Təşəkkür edirəm, 2023-cü ildən danışsaq deməliyəm ki, hər şeydən öncə biz 2021-2023-cü il strategiyamızı yekunlaşdırdıq və 3 il öncə qarşımıza qoyduğumuz hədəflərə çatdıq. Bu, hədəflər sırasında rəqəmsal bankçılığın inkaşafı, kredit satışını rəqmsal kanallara yönəltmək, müştərilərə fasiləsiz bank xidmətlərini təklif etmək, bankın liderliyini qoruyub saxlamaq kimi bir çox istiqamətlər var idi. Və bu istiqamətlərdə böyük nəticələr əldə etmişik. Ona görə də ötən dövrü bankımız üçün uğurlu adlandıra bilərəm. Bu uğurun rəqəmlərlə göstəricilərini isə sizə çatdırmağı Emin bəyə həvalə edirəm.

Emin Məmmədov: Təşəkkür edirəm, Fərid bəy. Mən də hər birinizi salamlayıram, xoş gəlmisiniz.

Bizim rüblük hesabatlarımız, ilin yekun nəticələri də göstərdi ki, ötən il Kapital Bank ölkəmizin maliyyə sektorunda həm öz mövqeyini qorudu, həm də genişləndi. Eyni zamanda biz korporativ, kiçik, orta sahibkarlıq (KOS) və pərakəndə bankçılıqda diversifikasiyanın düzgün həyata keçirilməsi, aktivlərin səmərəli istifadəsi sayəsində yüksək mənfəət göstəricisinə nail ola bildik.

Əgər rəqəmlərlə danışsaq, 2023-cü ilin sonunda audit olunmuş maliyyə hesabatlarına əsasən deyə bilərəm ki, bankımız ötən il 8 milyard 810 milyon 254 min manat dəyərində olan cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri statusunu qoruyur. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11% çoxdur. (2022-ci il: 7 milyard 942 milyon 693 min manat).

Aktivləri müxtəlif istiqamətdə inkişaf etdirmək kimi strateji qərarların qəbul edilməsi nəticəsində müştərilərimizə təklif etdiyimiz xidmətlərimizin balansını yaxşı səviyyədə saxlaya bilmişik.

2023-cü il sonu etibarilə Kapital Bank-ın cəmi kapital həcmi 1 milyard 81 milyon 819 min manat təşkil edib. Bu rəqəm ötən illə müqayisəsdə 11.67 % çoxdur. (2022-ci il: 968 milyon 696 min manat).

Eyni zamanda 2023-cü ildə Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarının yüksəldilməsinə baxmayaraq bankımızın kifayət qədər vəsaitinin olması nəticəsində biz likvidlik səviyyəsini istədiyimiz şəkildə qoruyub saxlaya bildik. Bankın faiz qazandıran aktivlərin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, AR Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızlara, xarici şirkətlərin korporativ istiqrazlarına və banklararası depozitlərə yatırıldığı üçün, Bankımız yüksək likvid olaraq qalır.

Bildiyiniz kimi Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi minumim likvidlik norması 30%-dir. Bunu nəzərə alaraq, qeyd edim, 2023-cü ilin sonuna Bankımızın livkidlik əmsalı 41.22% olub. Bu da onu göstərir ki, minimum tələb olunan likvidlik əmsalından kifayət qədər yüksək iş sahəmiz var.

Biz bank olaraq 2024-2026-ci il 3 illik strateji dövr üçün pul vəsaitlərinin hərəkət büdcəsini proqnozlaşdırmışıq və bu müddət ərzində müsbət xalis pul vəsaitlərinin hərəkətini gözləyirik. Yaxın gələcək dövrlər üçün Bankımızın cari maliyyə vəziyyətini, proqnozlaşdırılan maliyyə əmsallarını, bazar payının artmasını və s. nəzərə almaqla müsbət tendensiyalarına və əməliyyatları davam etdirmək üçün lazım olan vəsaitlərə malik olacağıq.

Kapital Bank-ın mənfəət və zərərlərini hansı amillərlə əsaslandırırsınız?

Emin Məmmədov: 2023-cü il ərzində Kapital Bank-ın toplam faiz gəlirləri 712 milyon 512 min manat təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur. Artımın səbəbi həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayının böyük həcmdə artması ilə bağlıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin bu işdə böyük rolu var. Müştərilərimizə təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində onların aktivliyi də artıb.

2023-cü il faiz xərcləri 2022-ci ilə nisbətən 37% artaraq 110 milyon 350 min manat təşkil edib. Artımın əsas səbəbi müştərilər qarşısında olan öhdəliklərin artmasından irəli gəlir. Faiz gəlirlərinin əsas hissəsini, 81%-ni müştərilərə verilmiş kreditlərdən əldə etmişik. Faiz xərclərimizin əksər hissəsi, 74%-i isə müştərilər qarşısında olan öhdəliklərdən yaranan xərclərdir. Beləliklə, xalis faiz gəlirlərimiz 11.80% artaraq 2023-cü il üzrə 611 milyon 162 min manat olub.

Qeyri-faiz gəlirlərinin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edir. Belə ki, 2023-cü ildə bankımız haqq və komissiya üzrə 341 min 121manat mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 23% artım deməkdir. Artımın əsas səbəbi iqtisadiyyatda baş verən dəyişikliklərin və çağırışların bizim bankımızdakı təcəssümüdür. Bank əməliyyatları sayı artdıqca, bank dövriyyələrinin həcmi böyüdükcə, qeyri-faiz gəlirləri, birbaşa bank xidmətindən əldə olunan komissiya gəlirləri də artıb. Ona paralel olaraq da bu xidmət sahəsini bankda dəstəkləmək üçün lazım olan haqq və komissiya xərcləri də artıb və 2023-cü il ərzində bu məbləğ 166 milyon 446 min manat olub.

Xərclərmizdə olan artımın əsas səbəbi loyallıq proqramları ilə bağlıdır, belə ki, 2023-cü il loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərimizə geri qaytarmışıq. Bütün xərc və gəlirləri nəzərə alaraq 2023-cü il ərzində 282 milyon 103 min manat manat xalis gəlir əldə etmişik.

Ötən görüşümüzdə siz Kapital Bankda yeni strateji dövrün başlayacağını qeyd etmişdiniz. Bunun müştərilərə təsiri necə olacaq?

Fərid Hüseynov: Bəli, 2024-2026-cı illər strateji planı bankımız üçün təsdiq edilib və yeni strateji dövr artıq bizim üçün başlayıb. Bu planın əsasında müştəri məmnuniyyəti dayanır. Demək olar ki, bütün layihələrimizin prioriteti müştəri mərkəzli xidmət və onların məmnuniyyətidir.

Xatırlayırsınızsa ötən görüşümüzdə bu planın ilk böyük layihəsinin anonsunu etmişdim. Hətta o zaman bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimizin test mərhələsində olduğunu demişdim. Artıq bu gün bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimiz müştərilərimizin ixtiyarındadır. Hətta tətbiq etdiyimiz bu xidmət qısa zaman öncə nüfuzlu Global Finance jurnalı tərəfindən dəyərləndirildi və “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi”- (Best Use of AI in Digital Transformation) nominasiyasında mükafat qazandı.

Bu xidmət bizə bank sektorunda unikal üstünlüklər qazandırır. Kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi onlarla əməliyyatda müştərilərin sorğuları 1 saniyədən də az vaxtda cavablandırılır. Əgər statistikaya nəzər salsaq son 4 ay ərzində Çat sorğu xidmətinə edilən müraciətlərin 55%-i, Zəng sorğu xidmətinə edilən müraciətlərin isə 18%-i süni intellekt əsaslı xidmətimiz tərəfindən həll edilib. Ümumilikdə isə 620 minə yaxın müraciət öz həllini tapıb. Süni intellektin həll edə bilmədiyi müraciətlər isə əməkdaşlarımıza yönəldilib. Burada vacib bir məqam da ondan ibarətdir ki, bu xidmət özünü təkmilləşdirmək qabiliyyətinə sahibdir. Və yaxın gələcəkdə daha çox istiqamətdə müştərilərimizin sorğularını həll edəcək. Xidmətin unikallığı həm də ondan ibarətdir ki, bu sistem səsi mətnə, mətni isə səsə çevirmək bacarığına sahibdir. Bu həll bizə müştəri sorğularının daha tez və effektiv həllində dəstək olur.

Yeniliklərdən danışarkən “Real zamanlı ön təsdiq sistemi” ni qeyd etməliyik. Bildiyiniz kimi biz kredit verilmə prosesini Birbank mobil tətbiqindən və veb saytdan müraciət edən müştərilər üçün başdan başa onlayn icra edirik. Bir sıra hallarda isə bu müraciətlər çat və ya zəng xidməti vasitəsi ilə edilir. “Real zamanlı ön təsdiq sistemi” ilə bu müraciətlər daha sürətli formada analiz edilərək dəyərləndirilir və müştərilərə məlumat verilir. Artıq sınaq mərhələsi baş tutub. Bu mərhələdə gələn sorğuların 40%-dən çoxu uğurla cavablandırılıb. Yaxın zamanda tam istifadəsi planlanan bu sistemin köməyi ilə aylıq ortalama 150 000-dən çox müştərimizin kredit müraciətinin cavablandırılması planlaşdırılır.

Bir sözlə yeni strateji planımız çərçivəsində sürətli, əlçatan xidmət mövzusunda müştərilərimizi bir çox yeniliklər gözləyir.

Eyni zamanda yeni strategiyanın önəmli bir hissəsi Korporativ Sosial Məsuliyyət layihələrinin davam etdirilməsidir. Bildiyiniz kimi biz Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Ölkə üzrə Respublika Fənn Olimpiyadaları Kapital Bank-ın sponsorluğu ilə keçirilir. Məktəblilərlə yanaşı tələbələrə daha innovativ imkanlar yaratmaq bizim marağımızdadır. Bu məqsədlə bir çox ali məktəbdə innovativ avadanlıqlarla təchiz olunmuş Kapital Bank auditoriyaları fəaliyyət göstərir. Bununla yanaşı Birbank təqaüd proqramımız davam edir. Bu layihə çərçivəsində hazırda 15 gəncə təqaüd verilir. Eyni zamanda biz mütəmadi olaraq gəncləri təcrübə proqramlarına cəlb edirik. Ekspertlərimiz tərəfindən onlara təlimlər keçirilir. Eyni zamanda Qırmızı Ürəklər Fondunun xətti ilə cəmiyyətin həssas nümayəndələrini əhatə edən bir çox işlər görülür. Əlavə olaraq fondun təqaüd proqramı çərçivəsində 10 nəfər tələbənin təqaüdü tərəfimizdən ödənilir. Ətraf mühitin qorunması, heyvanların müdafiəsi istiqamətində layihələr icra olunur. Yeni dövr üçün də biz cəmiyyətə bu istiqamətlərdə dəyər qatmağa davam edəcəyik.

Yeni strateji dövrdə risklərin idarə edilməsi üzrə əsas fəaliyyət planı nədir?

Cavid Mirzəyev: Yeni strateji dövr üzrə risklərin idarə edilməsi üzrə yeni ortaya çıxan və əhəmiyyəti artan risk istiqamətləri kimi model riskləri, ESG (Ekoloji, ətraf mühit, Sosial, İdarəetmə), Data riski, Aİ (süni intellect) riski kimi istiqamətlərdir. Bank hazırda qərar qəbul edilməsində modelləşdirmə təcrübəsindən geniş istifadə edir. Bu da öz növbəsində insan resursu riskini azaldır və qərar qəbuletmə zamanı səhvlərin qarşısını alır. Bu isə yeni risk olan model riskin idarə edilməsinin əhəmiyyətini artırmış olur. Eyni zamanda rəqəmsallaşma fonunda verilənlərin idarə edilməsi (data governance) daha həssas mövzuya çevrilir. Bu səbəbdən də data riski artıq yeni risk sahəsi kimi idarə olunmağa başlanılıb. Bank daxilində nəzərdə saxlanılan əsas məsələlər datanın keyfiyyəti, təhlükəsizliyi, əlçatanlığı istiqamətində risklərin düzgün idarə edilməsidir.

ESG dünyada və ölkəmizdə geniş müzakirə olunan mövzulardandır. AR Mərkəzi Bankının yayımladığı yol xəritəsinə uyğun olaraq Bankımız da ESG risklərinin idarə edilməsi, dayanıqlılıq üzrə işlər görür. Bu istiqamətdə biz ESG risklərin ölcülməsi və idarə edilməsi üsullarını müəyyən etməyi hədəfləmişik. Eyni zamanda bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar, konsultantlar və requlyatorla birgə çalışır, risk mədəniyyətinin inkişafı istiqamətində tədbirlər həyata keçiririk.

Həmçinin bankımız ESG amilləri üzrə əsas risk göstəricilərnin formalaşdırılması və izlənməsi istiqamətində işlər görür. Bura Ətraf mühit və ekoloji faktorun tərkib hissəsi kimi karbon ayaq izinin ölçülməsi, yaşıl biznesin maliyyələşməsi, iqlim dəyişikliyi üzrə göstəricilər, korporativ sosial layihələrdə olan iştirak və s. kimi amillər daxildir.

Biz hesabatlardan kredit porfelinin artdığını da gördük. Buna səbəb kimi hansı məqmaları göstərə bilərsiniz?

Emin Məmmədov: Elədir ki var. 2023-cü ildə Kapital Bank-ın aktivlərinin ən böyük hissəsi kredit portfelinin payına düşür. Rəqəmlə ifadə etsəm 2022-ci illə müqayisədə 35% artım baş verib. Belə ki, ilin sonuna olan göstəricilərdə portfelin ümumi məbləği 4 milyard 110 milyon 501 min manat təşkil edir. Bu isə bankın aktivlərinin 47%-i deməkdir.

2023-cü ildə Kapital Bank-ın kredit portfelinin əsas hissəsini, 2 milyard 893 milyon 592 min manatını pərakəndə bankçılıq portfeli əhatə edir. Bu isə portfelin 68%-i dir. 2022-ci illə müqayisədə ən böyük artım fərdi sahibkar və dövlətlə bağlı müəssisələrə verilən kreditlərdə müşahidə olunur. Belə ki, hər iki seqment üzrə müvafiq olaraq 120% və 45% artım əldə etmişik.

O ki, qaldı qeyd etdiyiniz kimi səbəblərə, kredit portfelimizin böyüməsinin əsas səbəbi müştərilərimizin sayının artması, ümumi iqtisadiyyatda olan inkişaf və dövlət, eləcə də region əhəmiyyətli layihələrinin maliyyələşməsində iştirakımızla bağlıdır.

Depozitlərlə bağlı məqamları da qeyd etmənizi istəyərdik.

Emin Məmmədov: Müştərilərimizin bizə olan etimadı nəticəsində yüksək depozit bazasını 2023-cü ildə də qoruyub saxlaya bilmişik. Belə ki, cari il bu rəqəm 6 milyard 344 milyon 489 min manata çatıb. (2022-ci il: 6 milyard 139 milyon 948 min manat). Bu isə bankın öhdəliklərinin 82%-ni təşkil edir. Bundan əlavə, öhdəliklərin digər hissələri kredit təşkilatları, dövlət təşkilatları və AR Mərkəzi Bankı qarşısında öhdəliklərdən ibarətdir. Bu kimi öhdəliklər bankın əsas əməliyyatlarının tərkib hissəsi sayıldığı üçün balanslarda gündəlik volatillik müşahidə olunur.

Öhdəliklərin əsas tərkib hissəsi olan müştəri depozitləri isə əsasən tələbli və müddətli hesablarda 76% və 24% nisbətində cəmlənib (2022-ci il: 86% və 14%). Müştəri depozit bazasının 68%-i hüquqi şəxslərin, 32%-i isə fiziki şəxslərin payına düşür (2022-ci il: 71% hüquqi, 29% fiziki şəxslər). Hüquqi şəxs müştəri bazası fəaliyyət növlərinə görə kifayət qədər diversifikasiya olunmuşdur. Belə ki, portfelimizdə yer alan müştərilər ticarət, tikinti, enerji, sığorta, təhsil, nəqliyyat, kənd təsərrüfatı və s. iqtisadi sektorlarda fəaliyyət göstərirlər.

Problemli kreditlərlə bağlı nə deyə bilərsiniz? Bu mövzu bankın portfelində hansı həcmdə yer turur?

Cavid Məmmədov: Kapital Bank-ın kredit portfeli sağlamdır. Bunu rəqəmlər və göstəricilərə əsasən deyirəm. 2023-cü ildə problemli kredit portfelin ümumi portfelə nisbəti 2.04% dir. (2022-ci ildə 2%)

Əgər kredit portfelini müştəri əsasında təhlil etsək, deyə bilərəm ki, dövlətlə bağlı müəssisələrə verilmiş kreditlər üzrə göstəricimiz 0.02% olmaqla minimum həddədir. Bu rəqəm 2022-ci illə müqayisədə dəyişməyib.

Fərdi sahibkarlara verilmiş kreditlər üzrə problemli kredit portfelində 2022-ci illə müqayisədə kifayət qədər sağlamlaşma müşahidə olunur. Belə ki, bu seqment üzrə portfelin yalnız 1.53%-ü problemli kreditlərdən ibarətdir. Özəl müəssisələr üzrə kredit portfelinin 1.37%-i , fiziki şəxslər üzrə kreditlərin isə 3.28%-i problemli kreditlərin payına düşür. Bu göstəricilər isə kifayət qədər sağlam portfelə sahib olduğumuzu deməyə əsas verir.

Kapital Bank-ın dayanıqlı bank olaraq fəaliyyəti üçün hansı risk strategiyası tətbiq olunur?

Cavid Məmmədov: – Öncə onu qeyd edim ki, Kapital Bank sistem əhəmiyyətli bankdır. Biz bu statusun məsuliyyətini dərk edirik və hər zaman özümüzə qarşı tələb ediləndən də yüksək tələblər qoyuruq. Buna əsasən deyə bilərəm ki, Kapital Bank-ın dayanıqlılığını təmin edən kifayət qədər güclü bir risk strategiyası var. Bu isə bizə illərdir müştərilərimizi dayanıqlı bank xidmətləri ilə təmin etməyə imkan yaradır. Xoşdur ki, bunun nəticəsi olaraq biz müştəri seçimlərində də etibarlı bank statusunu qoruyub saxlaya bilirik. Təbii ki, bankçılıq yenilənir və inkişaf edir xüsusən də rəqəmsallaşmanın gətirdiyi texnoloji həllər də bu strategiya çərçivəsində dəyərləndirilir, riskləri tənzimlənir və müştərilərimizə təqdim edilir.

Əlbəttə ki, bankın risk profilində maliyyə riskləri xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə risklərin idarə edilməsi bacarıqlarının yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Müxtəlif alətlər və modellər vasitəsilə ilə risklərin minimallaşdırılması və kredit portfelinin yaxşılaşdılıması üçün tədbirlərimiz də var. Eyni zamanda biz ötən il ərzində requlyativ yanaşmadan əlavə, risk əsaslı yanaşma ilə kapital hesablanması üçün beynəlxalq təcrübəyə əsaslanan İCAAP modelinin hazırlanması və tətbiqi istiqamətində aktiv işlər gördük. Bu model kredit, bazar və əməliyyat riskləri üzrə kapital ehtiyatlarının hesablanmasını əhatə edir. Kredit riski üzrə həm sektorial həm də borcalan qrupu üzrə konsentrasiyalar nəzərə alınmaqla kapital ehtiyacları hesablanır. Bundan əlavə olaraq ən kəskin stress ssenarilər üzrə riskləri absorbsiya edəcək kapital buferi hesablanaraq təmin edilir.

Bazar riskləri üzrə beynəlxalq təcrübəyə əsaslanan faiz dərəcəsi riski modelindən istifadə olunaraq nəticələri tətbiq olunur. Əməliyyat riskləri üzrə hazırda requlyator tərəfindən tətbiq edilən Baza indikator yanaşmasından əlavə beynəlxalq praktikada tətbiq edilən SMA modelinin hazırlanması istiqamətində aktiv işlər görülüb.

Müştərilərə risksiz, dayanıqlı bank məhsullarının təqdim edilməsi Bizim yeni strateji dövrün də əsas hədəflərindən biridir. Bu istiqmətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi davam edir. Çünki dayanıqlı bankçılıq təkcə dayanıqlı qurum və məmnun müşətri yox, həm də ölkə iqtisadiyyatına qatılan böyük bir dəyərdir.

Kapital Bank-ın son zamanlar gündəm olan mövzularından biri də istiqrazlar oldu. Bankınızın dollar istiqrazı buraxmasını zəruri edən nə idi?

Fərid Hüseynov: Bəli, biz 35 milyon dollar həcmində 7%-lə istiqraz buraxdıq. Bu, dollar istiqrazları üzrə indiyə kimi təklif edilən ən yüksək gəlirlilikdir. Yəqin ki, gündəm olma səbəblərimizdən biri bu idi. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 ildir. Yerləşdirmə artıq başa çatıb. Mən xüsusən bir məqamı qeyd etmək istəyirəm ki, fiziki şəxslər tərəfindən təqdim edilən sifarişlərin həcmi son iki illə müqayisədə rekord nəticəyə 81.8%-ə çatıb. Bu, fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində uğurlu nəticədir. Biz daha öncə də analoji istiqrazların buraxılışını etmişdik. Sadəcə bu, banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlardır. Sürətli böyüyən banklar aktivlərin davamlı böyüməsini dəstəkləmək, adekvatlıq əmsallarını daim yüksək həddə saxlamaq və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmaq üçün daim subordinasiya istiqrazlarına üz tuturlar. Onu da deyim ki, biz uğurlu yerləşdirmənin davamı olaraq Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi hədəfləyirik. Bu istiqamətdə işlər var və mən artıq manat intiqrazlarımızın anonsunu edə bilərəm. Yaxın zamanda bu haqda da ətraflı məlumat ala biləcəksiniz.

Müşahidə olunan bir məqam da var ki, Kapital Bank müştərilərini ənənəvi bankçılıqdan çox rəqəmsal bankçılığa stimullaşdırır. Bu ənənəvi bankçılığın zamanla sona çatacağının işarəsidirmi?

Fərid Hüseynov: İnkişaf etmiş ölkələrdə belə ənənəvi bankçılıq dövrünün tamamilə yox olma təcrübəsi yoxdur. Əgər belə bir ehtimal olsa biz 119 filial, 53 şöbə ilə ölkənin ən böyük filial şəbəkəsinə sahib bankı olmazdıq. Bildiyiniz kimi davamlı olaraq yeni filiallarımız da açılır. Hətta bir neçə gün öncə biz Laçın filialımızın açılışını etdik. Yeri gəlmişkən qeyd edim ki, ən qısa zamanda Xankəndi filialımızın açılışına hazırlaşırıq. Yəni, yaxın gələcəkdə bizi ənənəvi bankçılığın sona çatması kimi bir ehtimal gözləmir.

Rəqəmsallaşma isə bankçılıqda çox müsbət tendensiyalar yaradıb. İnnovativ həllər müştərilərə vaxtlarını dəyərləndirərək, sürətli və effektiv xidmət ala bilmək imkanı qazandırır. Bu, eyni zamanda bütün ölkəni əhatə etməklə, yaşadığı yerdən asılı olamayaraq insanların maliyyə əlçatanlığını təmin edir. Amma bu istiqamətdə insanların maarifləndirilməsinə ehtiyac var. Ona görə də biz müxtəlif kanallarımızla maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirici işlər görürük.

Eyni zamanda, rəqəmsal xidmətlər 7/24 xidməti hədəflədiyi üçün müştəri məmnuniyyətini artırır. Təbii ki, burada hesablaşmalı olduğumuz bir çox amillər var. Rəqəmsallaşmanı hədəfləyən hər bir şirkət əvvəlcə təşkilati struktur, biznes və texnoloji infrastrukturu ilə buna hazır olmalıdır. Eyni zamanda burada beynəlxalq tendensiyalarla uzlaşmaqla yanaşı, yerli mühit nəzərə alınmalıdır. Yəni, istənilən yenilikdən öncə biz investisiya edəcəyimiz istiqamətləri və müştərilərimizin bu yenilikləri necə qəbullanacağını öyrənməliyik.

Məsələn, nağdsız dövriyyəyə keçid periodunun ilk mərhələsi ilə bu gün arasında çox böyük fərq var. Əvvəl insanlar nağd pul olmadan evdən çıxmazdı, indi fiziki kart daşımağa belə gərək yoxdur. Artıq müştərilərimiz mobil tətbiqdən onlayn kart sifariş edir. Ötən il müştərilərimiz tərəfindən 3 milyona yaxın debet və kredit kartı sifariş olunub. Bunun 50%-ə yaxını onlayn həyata keçirilib.

Cəmi bir neçə il öncə kredit müraciətləri üçün bankda növbələr olurdu. Amma bu gün kredit müraciətlərinin 40% i onlayn kanallar vasitəsiylə müraciət edilərək əldə edilib.

Eyni zamanda biz bu gün Birbank-da müştərilərimizə alternativ ödəniş imkanları təqdim edirik. Bu, M10 la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Müştərilər Birbank-dan QR ilə ödə bölməsinə keçib stikeri oxudaraq rahat şəkildə ödəniş edirlər.

Artıq nağdlaşdırma prosesi belə asanlaşıb. Bildiyiniz kimi bankomantlarımızdan sadəcə QR-la nağdlaşdırma etmək mümkündür.

Biz rəqəmsal xidmətləri təşviq etməklə, həm də ekologiyanın dostu, yaşıl bankçılıq konsepsiyasına uyğun fəaliyyət göstərən bir bank olmaq istəyirik. Bilirsiniz ki, bu il ölkəmizdə “Yaşıl həmrəylik” ilidir və ölkəmiz COP29 kimi böyük bir layihəyə ev sahibliyi edəcək. Yəni rəqəmsallaşama yolunda atılan addımlarla biz həm də bu gün dünyanın hədəfi olan ESG yəni, Ekoloji, Sosial və İdarəetmə layihələrinin bir hissəsi olduğumuzu göstəririk. Biz ESG layihələrini komplayens strategiyamıza da daxil etmişik. Bu bizə fəaliyyətimizin effektivliyini artırmaqla yanaşı, cəmiyyətdə müsbət ekoloji və sosial təsir yaratmağa imkan verir.

Eyni zamanda bankımız bir sıra dövlət və region əhəmiyyətli layihələrin xüsusən işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində şəhərlərin, kəndlərin bərpası, infrastrukturun qurulması, tarixi yolların bərpası, ərazilərin minalardan təmizlənməsi kimi layihələrinin reallaşdırılmasında iştirak edir.

Biznesin sürətli rəqəmsallaşması risklərin idarə olunmasında öz əksini necə tapır?

Cavid Məmmədov: Rəqəmsallaşmadan danışırıqsa Kapital Bank bu mövzuda kifayət qədər böyük bir yol keçən və ölkə səviyyəsində ilklərə imza atan bir maliyyə qurumudur. Təbii ki, rəqəmsallaşmanın qazandırdığı üstünlüklər olduqca çoxdur. Biznesin hədəfi müştərilərə rəqəmsal rahat və faydalı məhsulları təqdim etməkdirsə, bizim də hədəfimiz onun yarada biləcəyi riskləri sıfıra endirməkdir. Odur ki, biz biznesimizin inkişafı fonunda risklərimizin də idarə olunmasına oinnovativ həllər tətbiq edirik. Rəqəmsal bankçılıqla bağlı risklərin müəyyən edilməsi və idarə olunması üçün dünya bazarında və eləcə də ölkəmizdə baş verən hadisələr və tendensiyalar mütəmadi olaraq izlənilir, tarixi məlumatlar əsasında alqoritmlər və senarilər üzrə risk məhdudiyyətləri və erkən xəbərdarlıq sistemləri yaradılır. Bu isə risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınmasına yardımçı olur.

Eyni zamanda hər birimiz ölkə üzrə müxtəlif dələduz qruplar tərəfindən əhalinin etimadından sui istifadə edərək və ya bankın adından istifadə edərək fərdi məlumatların ələ keçirilməsi cəhdlərinə şahid oluruq. Bankımız bu istiqamətdə daim monitorinq fəaliyyəti apararaq belə saxta məlumatlar yayan mənbələri aşkar edir və müvafiq qaydada bağlanması üçün tədbirlər həyata keçirir. Məsələn, təkcə 2023-cü ildən bu günə kimi olan statistikaya baxsaq saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 90-dan çox web-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı tərəfimizdən şikayət edilərək bağlanılıb. Əgər kartlar üzrə dələduzluq əməliyyatlarının statistikasına baxsaq, 2023-cü ildə bu mövzuda alınan 4000-ə yaxın müraciətin 70%-i müştərilərin xeyrinə həll edilib, 30%-i isə, təəssüf ki, şəxsi məlumatlar müştəri tərəfindən ötürüldüyündən təmin edilməyib.

Xatırladım ki, Kapital Bank-da ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da əməkdaşlarımız 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir. Bu mexanizm nəticəsində ötən il 382 000-ə yaxın əməliyyat şübhəli hesab olunub və icrasına icazə verilməyib. Daha sonra müştərilərlə əlaqə nəticəsində heç bir oğurluq hadisəsi baş vermədən 72 000 nəfərin dələduzluq halı ilə üzləşməsinin qarşısı alınıb. Yəni əməkdaşlarımızın zəngi nəticəsində 72 000 nəfər əməliyyata cəhdi özü etmədiyini bildirib. Digər müştərilər isə əməliyyatın özü tərəfindən aparıldığını təsdiq edib.

Bankımız prosessinq xidməti verdiyi üçün hər il PCI-DSS (Payment Card Industry Data Security Standard) sertifikasiyasından keçir. Bu sertifikat müştəri kart məlumatlarının təhlükəsizliyinin təmin olunmasında dünya standartıdır.

Rəqəmsallaşmaya əlavə olaraq, müştərilərimizə APİ inteqrasiyası kimi innovativ həlləri təklif etməyimiz də IT və kibertəhlükəsizlik kimi risklərin idarə edilməsi istiqamətində yüksək bacarıqların saxlanılmasını daim fokusda saxlayır.

Bütün bunlarla yanaşı biz müştərilərimizi diqqətli olmağa çağırırıq. Dəfələrlə qeyd etdiyimiz kimi qeyri-rəsmi modifikasiya olunmuş mobil tətbiqləri yüklədikdə, onlayn satış platformalarından alış-veriş edərkən mütləq formada ehtiyatlı olmaq lazımdır. Və təbii ki, şəxsi məlumatları heç kimlə bölüşmək olmaz.

İstəmədən də biz dələduzluq halları ilə qarşılaşa bilirik. Bu halda müştəri və bank üçün proses necə davam edir? Dələduzluqla qarşılaşan şəxs ilk olaraq nə etməlidir və hansı hallarda müştərinin oğurlanmış pulu geri qaytarılır?

Cavid Məmmədov: Dələduzluq halı ilə qarşılaşan şəxsə əməliyyat haqqında SMS və ya “Push” bildiriş daxil olubsa, yaxud müştəri mobil tətbiqində icra etmədiyi əməliyyat görürsə, ilk növbədə təcili olaraq bankla əlaqə saxlamalıdır. Bunun üçün ən yaxın filiala yaxınlaşaraq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etmək olar. Müraciətin ardından bank dərhal kartın və ya ödəniş alətləri (ApplePay, GooglePay) üzrə tokenlərin bloklanmasını təmin edir. Daha sonra müştəri həmin silinmələri banka bəyan etməli, əməliyyatın özü tərəfindən aparılmadığına dair iddia qaldırmalıdır. Qarşılığında isə bank həmin iddianı qəbul edərək Mərkəzi Bank-ın direktivləri və prosedurlarına, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və daxili prosedurlara uyğun olaraq araşdırmanı başlayır və araşdırmanın nəticəsi haqqında müştəriyə məlumat verir. Bu, individual məsələ olduğundan bəzi hallarda müştəridən filiala gəlmək, əlavə sənədləri təqdim etmək və ya prosedurlara əsasən müvafiq ərizələrin yazılması, hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş oluna bilər.

Nəticələr, təbii ki, araşdırmanın sonunda bəlli olur. Bank tərəfindən ilk növbədə əməliyyatın keçmə üsulu araşdırılır. Məsələn, POS terminal, elektron ticarət, ATM, mobil tətbiq və.s. Daha sonra isə dələduzların məlumatları əldə etmə forması və müştəri haqqında nə qədər məlumata sahib olması dəqiqləşdirilir. Bu araşdırmanın nəticəsinə uyğun olaraq bank 2 məqamla üz-üzə qalır. 1-ci halda məlum olarsa ki, müştərinin şəxsi məlumatları 3-cü şəxsə onun özü tərəfindən ötürülüb və dələduz müştəri haqqında bütün məlumatlara sahibdir, təəssüf ki, bu zaman bankın edə biləcəyi dəstək mexanizmi olmur.

2-ci halda isə tam əksinə, dələduzluq halı baş verir, kartdan oğurluq olur, amma dələduz müştərinin bütün məlumatlarına sahib olmur. Məsələn, hansısa virusla telefondan bir qism məlumatlar öyrənilib və oğurluq olunub, amma dələduz müştərinin 3D təhlükəsizlik koduna sahib deyil. Bu halda bank beynəlxalq təhlükəsizlik qaydalarını əsas gətirərək iddia qaldıra və müştərinin hüquqları təmin edə bilir.

Nəticədə şübhəli əməliyyatlar ödəniş sistemlərinin standartlarına uyğun olmadığı, dələduzlar müştərinin təhlükəsizlik məlumatlarına tam sahib olmadığı, bu səbəbdən də bütün məlumatları daxil edə bilmədiyi halda müştərilərin pulları geri qaytarılır. İstənilən halda bütün müraciətlər araşdırılır və bu proses ortalama 45 təqvim günü ərzində nəticələnir.

Doğrudur ölkənin ən böyük müştəri bazasına sahib olduğumuz üçün arzuolunan olmasa da şikayətlər də olur. Əksər hallarda sosial şəbəkələrdə narazılıqların davamı gündəmə gəlmir. Çünki biz həmin an prosesə müdaxilə edib əlimizdən gələni edirik ki, onların problemləri həll olunsun və razı qalsınlar. Bu nəticəni isə Mərkəzi Bank-ın şikayətlərə dair açılamalarında da görürük ki, bankların şikayət reytinqlərində yaşıl zonada yer alırıq.

Müştərilərə yönəlik hazırda gündəmdə olan və ən qısa zamanda planlanan hansı layihələr var?

Fərid Hüseynov: Hazırda aktiv olan məhsullarımızdan danışanda yeni məhsulumuz olan rəqəmsal depoziti mütləq qeyd etməliyəm. Baxmayaraq ki, bu məhsul 4 aydır bazardadır artıq 40 000 nəfərə yaxın müştəri bu xidmətdən yararlanıb. Bildiyiniz kimi biz həm ənənəvi depozitə, həm də rəqəmsal depozitə 10%-dək olmaqla yüksək əmanət faizi təklif edirik. Daha bir yeniliyimizin anonsunu edə bilərəm ki, ən yaxın zamanda USD valyutasında da rəqəmsal depozit təklif edəcəyik.

Eyni zamanda Birbank-da uşaq depozitinin yaradılması, yığım hesabı kimi yeniliklərimiz olacaq.

Refinans məhsulumuz sayəsində digər banklarda krediti olan müştərilər kreditlərini Kapital Banka gətirə bilərlər. Bu onlara faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərinin həcmini azaltmaq fürsəti verir. Eyni zamanda bu məhsulun rəqəmsal platformaya daşınması məsələsi də gündəmimizdə var. Ən yaxın zamanda müştərilər mobil tətbiqdən və ya veb saytdan müraciət edərək digər banklardakı kreditlərini Kapital Bank-a gətirə biləcəklər.

Qısa zaman sonra cari hesabın açılması müştərilərimiz üçün onlayn və çox rahat olacaq. Çünki biz bu xidməti Birbank mobil tətbiqinə gətiririk. Necə ki, filiala yaxınlaşıb istənilən valyutada hesab açmaq olur, bunu eləcə də mobil tətbiqdən cəmi bir neçə kliklə etmək mümkün olacaq.

Həmçinin də onlayn alış-verişi stimullaşdırmaq və müştərilərimizə daha geniş imkanlar yaratmaq üçün UMİCO onlayn alış-veriş platformasında istənilən alışa kredit xətti açmaq fürsəti vermişik. Düşünürük ki, bu cür sürətli həllər rəqəmsal platformalardan istifadəni daha da rahatlaşdırır və müştəri istəklərini yerində qarşılamağa imkan yaradır.

Xatırlayırsınızsa ötən il biz İnnovasiyalar Mərkəzi ilə memorandum imzaladıq və birlikdə böyük bir layihə üzərində çalışmağa başladıq. Artıq texniki proseslər yekunlaşmaq üzrədir və qısa zaman sonra ölkə üzrə bütün ASAN xidmətlərdə xidmət alan vətəndaşlarımız Birbank mobil tətbiqindən bütün dövlət ödənişlərini icra edə biləcəklər.

Kiçik və Orta Biznes sahiblərinə hədəflənən hansı layihələr var?

Fərid Hüseynov: Bildiyiniz kimi Kapital Bank Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştəriyə xidmət edir. Korporativ bank olaraq 211 000 müştəri bazamızın 95%-i mikro və kiçik biznes müştəriləridir. Düşünürəm ki, bu seqment üçün bütün fəaliyyətimizin ən vacib üstünlüyü əməliyyatların başdan-başa onlayn olmasıdır. İstər biznes sahibi olan, istərsə də gündəlik ehtiyaclarına uyğun olaraq məhsullarımızdan istifadə edən müştərilərimiz rəqəmsal bankçılığın təklif etdiyi unikal və sərfəli xidmətlərdən yararlanırlar.

Məsələn, ölkənin bank sektorunda ilk olan “Maestro” tarifi ilə müştərilərimiz biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilirlər. Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanı qazanır. Tarifin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edə bilərlər.

Daha bir yenilik haqda danışsaq bildiyiniz kimi Birbank Biznes-də veb versiya üzərindən onlayn hesab açmaq mümkün idi. Birbank Biznes mobil tətbiqinə əlavə ediləcək yeni funksiya sayəsində fərdi sahibkarlar bank filiallarına getmədən birbaşa tətbiqdə hesab aça biləcəklər. Bunun üçün sadəcə 3 dəqiqə vaxt lazım olacaq. Belə ki, şirkət haqqında ilkin məlumatları daxil etdikdən sonra video üz tanıma ilə prosesi tamamlamaq kifayətdir.

Həmçinin də hazırda müşətrilərin istifadəsində olan açıq API texnologiyalarının daha da təkmilləşdirilməsi davam edir. Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur. Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edir və bir çox bank əməliyyatlarını bir mənbədən gerçəkləşdirə bilərlər. Qeyd edim ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. Bu həllə Birbank Biznes müştəriləri bank əməliyyatlarını rahatlıqla idarə edə bilərlər.

Yaxın gələcəkdə KOS-lar üçün gündəlik bank xidmətlərini dəstəkləyən daha sürətli və zəngin xüsusiyyətlərə malik imkanlar yaradacığıq.

Naxçıvan Bank-ın kredit porfelinin Kapital Bank-a ötürülməsi ilə bağlı son vəziyyət necədir? Və bu miqrasiya 2023-cü ilin maliyyə göstəricilərinə hansı həcmdə təsir edib?

Fərid Hüseynov: Bu mövzuda mediada müxtəlif məlumatlar yayımlandı. Yekun olaraq bildirim ki, Naxçıvan Bankın Kapital Bank-a təkcə kredit portfeli ötürülüb. Yayılan bəzi məlumatların əksinə depozit portfeli miqrasiya edilməyib, bankın səhmləri isə bizə keçməyib. Ötürülən kredit portfelinin həcmi ümumilikdə 164 milyon 62 min 369 manatdır. Bunun 84 milyon 582 min 478 manatlıq hissəsi biznes kredit portfelidir. 2023-cü ildə miqrasiya edilmiş portfel 62 milyon 356 min 821 manat dəyərində olub. Bu isə bankın il sonuna olan istehlak kredit portfelinin təxminən 2.7%-ni təşkil edir.

Sağollaşma

Fərid Hüseynov: – Dəyərli dostlar, görüşümüzün sonunda bir məqamı da qeyd etmək istəyirəm. 2024-cü il bizim üçün həm də ona görə əlamətdardır ki, 24 iyul tarixində Kapital Bank-ın 150 illik yubileyidir. Bu, təkcə Kapital Bank-ın deyil, eyni zamanda ölkəmizdə bankçılıq ənənələrinin başlanğıc tarixidir. 150 ildə Azərbaycan bankçılığı çox uzun və maraqlı bir inkişaf yolu keçib. Biz də bu yolda birincilik missiyamızı hər zaman qorumağa çalışmışıq. Bu missiya sonsuzdur və bizim üçün “150 il bir başlanğıcdır”. Təbii ki, hədəflərimiz çox böyükdür və bu hədəflərə biz öz güclü komandamızla birgə addımlayırıq. Kapital Bank eyni zamanda Great Place To Work-Mükəmməl iş yeri sertifikatını qazanıb. Və biz bütün uğurlarımızı komandamızın əzmi, yeniliyə marağı, işgüzarlığı sayəsində əldə etmişik. Bunun üçün mən onlara da öz təşəkkürümü çatdırıram. Mən hər birinizə iştirakınız üçün təşəkkür edirəm. Media nümayəndələri ilə peşəkar əlaqələr bizim üçün çox önəmlidir. Və əminəm ki, bu əlaqələri hər zaman qoruyacağıq.

Dələduzluq halı ilə qarşılaşan şəxsə əməliyyat haqqında SMS və ya “Push” bildiriş daxil olubsa, yaxud müştəri mobil tətbiqində icra etmədiyi əməliyyat görürsə, ilk növbədə təcili olaraq bankla əlaqə saxlamalıdır. Bunun üçün ən yaxın filiala yaxınlaşaraq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etmək olar. Müraciətin ardından bank dərhal kartın və ya ödəniş alətləri (ApplePay, GooglePay) üzrə tokenlərin bloklanmasını təmin edir. Daha sonra müştəri həmin silinmələri banka bəyan etməli, əməliyyatın özü tərəfindən aparılmadığına dair iddia qaldırmalıdır. Qarşılığında isə bank həmin iddianı qəbul edərək Mərkəzi Bank-ın direktivləri və prosedurlarına, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və daxili prosedurlara uyğun olaraq araşdırmanı başlayır və araşdırmanın nəticəsi haqqında müştəriyə məlumat verir. Bu, individual məsələ olduğundan bəzi hallarda müştəridən filiala gəlmək, əlavə sənədləri təqdim etmək və ya prosedurlara əsasən müvafiq ərizələrin yazılması, hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş oluna bilər.

Teqlər: