Kapital Bank xaricdən cəlb etdiyi peşəkarın iştirakı ilə
əməkdaşları üçün “Bir Design Meetup” tədbirini təşkil edib. 11 mart
2022-ci il tarixində baş tutan tədbirə bankın dizayn və müştəri
təcrübəsinin araşdırması üzrə funksional sahəsində fəaliyyət
göstərən əməkdaşlar qatılıblar.
Məhsul dizaynı üzrə funksional sahənin lideri olan Roman
Pavlichuk Kapital Bank-ın məhsul dizaynı strategiyası, 2022-ci ildə
tətbiq ediləcək yeniliklər barədə məlumatlar verib, həmçinin öz
peşəkar təcrübəsini əməkdaşlarla paylaşıb. Əməkdaşları
maraqlandıran sualları cavablandıran Roman, müasir trendlər,
müştəri münasibətləri və məhsulların özəllikləri barədə də
danışıb.
Məlumat üçün bildirək ki, Roman Pavliçuk beynalxalq təcrübəyə
malik məhsul dizayneridir, Ecom və Fintech sahələri üzrə
ixtisaslaşıb. 10 ildən artıqdır ki, dizayn komandalarını idarə
edir. Tinkoff biznesdə komanda lideri olduğu müddətdə, müştərilər
üçün şəxsi kabinetin dizaynını yaradıb. 2020-ci ildə Markswebb
reytinq agentliyi interfeysin rahatlığını və funksionallığını
təhlil edərək, onu sahibkarlar üçün onlayn banklar arasında birinci
yerə layiq görüb.
Qeyd edək ki, ölkənin maliyyə qurumları arasında ən böyük
işəgötürən olan Kapital Bank-da hazırda 4000-dən artıq əməkdaş
çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin
yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni
proqramlar və layihələr həyata keçirir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.