26 iyun – Silahlı Qüvvələr Günü Kapital Bank-ın 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları üçün bank tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər təşkil edildi. Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi.
AzerTimes xəbər verir ki, səfərdə birinci və ikinci Qarabağ müharibəsində iştirak edən bank əməkdaşları və qazilər, müharibə zamanı orduya dəstək göstərən Qırmızı Ürəklər fondunun rəhbərliyi və arxa cəbhə qəhrəmanları da vardır. Azad edilən torpaqların bərpa edilməsi, aparılan işlərin sürətli olması, bir sıra beynəlxalq tədbirlərin Şuşada təşkil edilməsi və 30 illik həsrətə son qoyulması hamı kimi Kapital Bank əməkdaşlarında da qürur, sevinc və fərəh hissləri oyadırdı.
120-yə yaxın əməkdaşın qatıldığı səfər zamanı Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət edildi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.