Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir
rahat xidmət növünü təqdim edib. Belə ki, artıq Müştəri Bank
sistemi üzərində sifariş olunan biznes kartların Bakı ərazisində
ünvana çatdırılması mümkün olub.
Çatdırılma xidmətindən istifadə zamanı hüquqi şəxslər və fərdi
sahibkarlar vaxta qənaət edərək, sifariş olunan biznes kartlarını
təhvil almaq üçün filiala gəlməli olmayacaqlar. Biznes kartı
Müştəri Bank sistemi üzərindən sifariş edərkən, çatdırılma
xidmətindən istifadə edilməsi barədə olan bölməni seçmək lazımdır.
Çatdırılma xidmətinin qiyməti 5 AZN təşkil edir.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz
şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili
köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə
açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına
mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması, biznes və
sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız
köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət,
çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn
kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli
tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login
linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə
saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə
həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək
mümkündür.