Kapital Bank 1–4 may 2022-ci il tarixlərində Amerika Banklar
Assosiasiyasının (American Bankers Association) törəmə qurumu olan
Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal
İllik Toplantısında iştirak edib. Qlobal İllik Toplantı BAFT-ın
pandemiya başlayandan sonra keçirdiyi ilk canlı tədbirdir.
Toplantıda Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq
əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Texnoloji həllər ofisinin
rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci
ildə BAFT Gələcək Liderlər Proqramına (“BAFT Future Leaders
Program”) seçilib. Proqramın məqsədi davamlı transformasiyadan
keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək,
onların inkişafına dəstək verməkdir.
Hibrid formatda – həm onlayn, həm canlı şəkildə ABŞ-ın Vaşinqton
şəhərində təşkil olunan BAFT-ın builki Qlobal Toplantısı qurumun
100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin
çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında
fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda
qalıb. Gündəmdə olan mövzular sırasına qlobal iqtisadiyyat və
gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya
iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar,
ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil
edilib.
Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar
Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB
dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə
qurumudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.