Kapital Bank 2022-ci ilin I rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9
milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi
isə 2,9 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2022-ci il tarixinə
5,5 milyard manat olub.

Bankın 1 aprel 2022-ci il tarixinə tutulmalardan sonra məcmu
kapitalı 547 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon
manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s
beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər
sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: