Almaniya “Şimal axını” ilə bağlı baş verən hadisələrə baxmayaraq, enerji sahəsində təhlükəsizliyini təmin edə biləcək.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Rusiyadan Almaniyaya boru kəmərləri ilə nəql olunacaq qazın olmamasına və Baltik dənizində onların bəzilərinin dramatik şəkildə məhv olması barədə öyrəndiklərimizə baxmayaraq, Almaniya yəqin ki, öz enerji təhlükəsizliyini təmin edə biləcək”, – deyə Şolts bildirib.