Vladimir Putinlə birbaşa ünsiyyət çətin olsa da böhran zamanı bunun böyük önəmi var.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Mən istəyirəm ki, bizim mesajlarımız birbaşa Rusiya prezidentinə çatsın ki, onlar məsuliyyətlərini öz üzərinə götürsünlər. Hazırda Putinə mesajım budur ki, onun Ukrayna ilə bağlı strategiyası heç bir nəticə verməyəcək”, – o bildirib.
Kanslerin sözlərinə görə, yaxın gələcəkdə Rusiya ilə münasibətlərin normallaşdırılması haqqında düşünmək mümkün deyil:
“Rusiya Ukraynaya qarşı müharibə apararaq ona böyük əzab və dağıntılar gətirir. Onlar bu müharibəni dayandırana, qoşunlarını Ukraynadan çıxarana qədər və ağlabatan şərtlərlə sülh bağlayana qədər, bunun olacağını düşünmürəm”.