Almaniyada istilik qiymətlərinin artırılması “sosial mina”dır. Enerjinin bahalaşması narahatlıq yaradır.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Birdən-birə istilik haqqının bir neçə yüz avro qalxması bir çox insanın öhdəsindən gələ bilməyəcəyi məbləğdir. Bu, “sosial mina”dır”.
Kansler artan qaz qiymətləri fonunda qaz təchizatçılarına və istehlakçılara dövlət dəstəyini vəd edib.