Hesab edirəm ki, bu, rus xalqının yox, Putinin müharibəsidir.
AzerTimes xəbər verir ki bu sözləri Almaniya kansleri Olaf Şolts Rusiya vətəndaşlarına Şengen vizalarının qadağan olunması ehtimalları ilə bağlı sualı cavablandırarkən deyib.
“Hazırda Ukraynada baş verən hadisələrə görə rus xalqı məsuliyyət daşımır. Bu, Putinin müharibəsidir ona görə də, biz bu mövzuda çox dürüst olmalıyıq”, – deyə o bildirib.