Kansler 13 ildən sonra ilk dəfə Koreyaya səfər edəcək

Kansler 13 ildən sonra ilk dəfə Koreyaya səfər edəcək

Almaniya kansleri Olaf Şolts mayın 21-də Seula səfər edəcək və Koreya Respublikasının Prezidenti Yun Suk Yol ilə danışıqlar aparacaq.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyasının rəsmi nümayəndəsi Li Do Un məlumat verib.

“Bu səfərin iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq problemlərin həllində köhnə dostumuz Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi üçün dəyərli imkan olacağını gözləyirik”, – Li Do Un bildirib.

O.Şolts Hirosimada keçiriləcək “Böyük yeddilik” (G-7) sammitində iştirak etdikdən sonra Koreya yarımadasının cənubuna gələcək. O həmçinin Şimali Koreya ilə sərhəddəki hərbsizləşdirilmiş zonaya da baş çəkəcək.

Qeyd edək ki, bu, Almaniya hökumətinin başçısının 2010-cu ildən bəri Cənubi Koreyaya ilk səfəri olacaq.

Teqlər: