Fransada keçirilən Kann kinofestivalının qalibi bəlli olub.
Avropanın ən böyük kino tədbirlərindən olan festivalın qalibi İsveç rejissoru Ruben Estlundun çəkdiyi “Kvadrat” filmi olub. Film “Qızıl palma” mükafatına layiq görülüb.
Bu ilki festivalda 19 film nümayiş etdirilib. Kinofestival mayın 17-dən 28-dək davam edib.