Kandelaki bu gürcüləri “axmaq qoyun” adlandırdı

Kandelaki bu gürcüləri “axmaq qoyun” adlandırdı

Avro-2024 çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında keçirilən oyun zamanı tribunalardan Rusiya Prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələrin səsləndirilməsi gürcü əsilli rusiyalı jurnalist Tina Kandelakini əsəbiləşdirib.

AzerTimes xəbər verir ki, Kandelaki özünün Teleqram kanalında gürcüləri “axmaq qoyun” adlandırıb.

“Matç TV-də Türkiyə-Gürcüstan oyununun yayımı zamanı tribunalardan Rusiya prezidentinin ünvanına təhqirlər səsləndirilib. Gürcü ekstremistləri ilə bağlı yeni heç nə baş vermir. Biz artıq Gürcüstan telekanallarının birində təhqirlər görmüşük və o jurnalistin necə və hara getdiyini xatırlayırıq. İndi onu nə görürlər, nə də eşidirlər, o, yalnız Vladimir Vladimiroviçi təhqir etməklə məşhurlaşmışdı.

İndi də ikinci təxribatdır. O da aydındır ki, bu hərəkət gürcülərin ABŞ-dan nümunə götürmək istəməməsi ilə bağlıdır. Və son iki ayda Gürcüstan siyasətində baş verənlər Vaşinqtonda müqavimətə səbəb olur. Ona görə də yalnız kobud təxribat törətmək və çirkli, vulqar formada Rusiya prezidentini təhqir etmək qalır. Bu, əvvəl də işləmirdi və indi də işləməyəcək. Amma parlamentdə dava salan müxalifət üçün belə vəhşilik cəsarətin zirvəsi kimi görünür. Bu aksiyaların təşəbbüskarlarına, iştirak edənlərin, onlarla qohum olanların hamısına gürcü kimi cavab verəcəm. Siz kəsilməyə gedən axmaq qoyunlarsız. ABŞ və Avropa siyasətçiləri Gürcüstanın xilas yolunu kəsmək üçün tarixdə dəfələrlə baş verdiyi kimi, sizdən ət kimi istifadə edirlər. Amma şükür Allaha ki, heç nə edə bilmirsiz. Çünki ağıl həmişə cahilliyə qalib gəlib”.

Teqlər: