Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron su kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O, qeyd edib ki, maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə aparılıb.
“Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, – o əlavə edib.