Mahaçqalada azyaşlıların olduğu avtomobil suda batıb.
AzerTimes xəbər verir ki, bununla bağlı “Shot Telegram” kanalında görüntülər yayıb.
Məlumata görə, 23 yaşlı MMA məşqçisi Şəhramzanın (soyadı məlum deyil) 3 tələbəni məşqə apardığı maşın qəzaya düşüb. Sürücü idarəetməni itirib, nəticədə avtomobil kanala düşərək batıb. Sürücü və sərnişinlərdən biri özləri üzərək maşından çıxa biliblər. 10 və 12 yaşlı iki yeniyetmə idmançını isə hadisə şahidləri xilas ediblər.
Zərərçəkənlərin vəziyyətinin ağır olduğu qeyd edilir.