Kanal İstanbul 20 milyard dollara başa gələcək – Nazir

Kanal İstanbul 20 milyard dollara başa gələcək – Nazir

Kanal İstanbulun tikintisi Türkiyəyə 20 milyard dollara başa gələcək ki, bu da ilkin təxmin ediləndən 5 milyard dollar çoxdur.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

“Kanalın dəyərinin ilkin hesablamalardan baha olduğu ortaya çıxdı. Biz tikintini 15 milyard dollara hesablamışıq, 20 milyard dollara başa gələcək. Türkiyə hökuməti layihəni büdcədənkənar mənbələrlə həyata keçirmək istəyir”, – nazir bildirib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi zəruridir:

“Ona görə də kanal gec-tez tikiləcək. Bundan əlavə, yeni kanal boğazlarda nəqliyyat yükünü azaltmağa kömək edəcək. Məsələn, indi boğazdan hər il 50 min gəmi keçir. Əgər bu axın 70 minə çatarsa, o zaman boğazlardan keçid sadəcə qeyri-mümkün olacaq”.

Teqlər: