Kanadanın XİN başçısı Londonda G7 ölkələrindən həmkarları ilə görüşünü təsdiqlədi

Kanadanın xarici işlər naziri Mark Qarno G7 ölkələrinin diplomatiya başçıları ilə Londonda əyani görüşdə iştirak edəcəyini təsdiqləyib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada XİN bəyanatında bildirib.

Sənəddə deyilir: “Xarici işlər naziri Marc Qarno G7 ölkələrinin xarici işlər nazirlərinin son iki ildə ilk əyani görüşündə iştirak edəcək”.

Xatırladaq ki, 2019-cu ilin aprelindən sonra G7 ölkələrinin XİN başçılarının ilk əyani görüşü Londonda 3-5 may tarixlərində keçiriləcək.

Teqlər: