Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində anormal istilərdən qaynaqlanan meşə yanğınlarının sayı son sutkada 136-dan 180-ə yüksəlib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 3 mindən çox insan, aviasiya və xüsusi texnika cəlb olunub. Bölgəyə 350 Kanada Silahlı Qüvvələri əsgər və zabiti gətiriləcək.
Yanma sahəsi 79 min hektardan çox əraziyə yayılıb. 1,3 mindən çox evin sakinləri evakuasiya göstərişi alıblar, yaxın gələcəkdə bu say minə çata bilər.
Daha əvvəl bildirilib ki, meşə yanğınları keçən həftə Kanada tarixində istilik rekordunun qeydə alındığı (49,6 dərəcə) kiçik Lutton qəsəbəsini tamamilə məhv edib. Təxminən min sakin ərazini tərk etməyi bacarıb, ən az iki nəfərin ölüb.