Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan edilib. Bu, güclü yağışların səbəb olduğu daşqınlarla bağlıdır.
AzerTimes-ın məlumatına görə, bu barədə bölgənin başçısı Con Horqan bildirib.
Onun sözlərinə görə, son bir neçə gün təbii fəlakət ilə əlaqədar Britaniya Kolumbiyanın sakinləri üçün inanılmaz dərəcədə çətin olub:
“Güclü külək, leysan yağışlar və sel əyalətimizdə yaşayış məntəqələri dağıdıb. Bununla əlaqədar Britaniya Kolumbiyası hökuməti fövqəladə vəziyyət elan edib”.