Kanadanın qərb vilayətlərində anomal isti hava şəraiti müşahidə olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Bürosu bildirib.
Məlumata əsasən, isti hava Alberta, Britaniya Kolumbiyasl vilayətlərində, Saskaçevan əyalətinin bəzi rayonlarında, eləcə də ölkənin arktik ərazilərinin cənub hissələrində – Yukon və Şimal-Qərb ərazilərində qeyd olunub.
Bazar ertəsi ərzində burada temperatur 40-45 dərəcəyə kimi olub. Bəzi bölgələrdə istilər iyunun 29-da azalmağa başlayacaq, bəzi yerlərdə isə həftənin sonuna kimi davam edəcək. Ölənlər barədə hələ məlumat verilməyib.