Kanadanın baş naziri Ukraynanın İrpen şəhərində olub

Kanadanın baş naziri Castin Trüdo Ukraynanın İrpen şəhərini
ziyarət edib.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə
şəhərin sədri Aleksandr Markuşin özünün “Facebook” səhifəsində
yazıb.

“Mən Kanadanın Baş naziri Castin Trüdo ilə danışmaq şərəfinə
nail oldum. O, İrpinə gəlib <…>”, – deyə şəhərin sədri
bildirib.

Şəhərin sədri Kanadanın Ukraynaya verdiyi dəstəyə görə C.Trüdoya
təşəkkür edib. A.Markuşin həmçinin qeyd edib ki, o, Ukrayna
şəhərlərinin bərpası məsələsində ölkələr arasında gələcək
əməkdaşlığa inanır.

“İrpində infrastruktur obyektlərinin bərpası ilə bağlı
Kanadadakı Ukrayna diasporunun səylərinin təşkilində cənab Castin
Trüdonun dəstəyinə ümid edirəm. İrpen yaxın vaxtlarda müvafiq rəsmi
məktublarla müraciət edəcək”, – deyə A.Markuşin əlavə edib.