Kanadanın Baş naziri Castin Tryudo koronavirus pandemiyasının yayılması ilə bağlı mövcud vəziyyəti kritik adlandırıb.
Trend TASS-a istinadən xəbər verir ki, Kanadanın Səhiyyə Nazirliyi Şimali Amerika ölkəsində yeni koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını hesab edir.
Bildirilir ki, son ayda gündəlik yoluxma hadisələrinin sayı iki dəfə artaraq 8.6 minə çatıb. Bununla əlaqədar bir çox Kanada bölgəsi mövcud məhdudiyyətlərini ciddi şəkildə sərtləşdirib.