Ukraynada mülki hədəflərə qəsdən hərbi zərbələr endirilməsi rusların Qolodomor zamanı olduğu kimi ukraynalıları acından öldürmək niyyətindən xəbər verə bilər.
AzerTimes-ın verdiyi məlumata görə, bu fikri Ukraynaya səfərindən sonra Kanadanın beynəlxalq inkişaf naziri Harjit Sajan deyib.
“Sonra biz faktiki terminologiyaya qərar verəcəyik, lakin mülki şəxslərə qarşı istifadə edilən raketlərin sayını nəzərə alsaq, Qolodomor soyqırımı ilə paralel aparmamaq çətindir”, – Sajan bildirib.