Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, siyahıya Moskva Şəhər Məhkəməsi, həmçinin, Moskvanın Basmannı və Xamovniçeski Rayon Məhkəməsi əlavə olunub.
Bundan əlavə, yeni məhdudiyyətlərin 15 fizki şəxsə də şamil olunduğu deyilir.