Kanada hökuməti ölkədə qalmaq istəyən iranlılar üçün müvəqqəti yaşayış müddətinin uzadılmasını asanlaşdıracaq.
AzerTimes xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında bildirilib.
“2023-cü il martın 1-dən etibarən Kanadada qalmaq istəyən iranlılar üçün müvəqqəti yaşayış müddətinin uzadılması asanlaşacaq. Bu da iranlıların Kanadadan yeni icazə almaq üçün müraciət edərək təhsillərininə, işlərinə davam etmələrinə və ya ailələrinə ziyarət imkanı verəcək. Bu addım İranda hökm sürən siyasi şərait, insan haqlarının kobud şəkildə pozulması və repressiyaların davam etməsi nəzərə alınaraq atılıb”, – bəyanatda deyilib.