Hindistanın 41 kanadalı diplomatı ölkədən çıxarması diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır.
AzerTimes xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo bəyan edib.
Onun sözlərinə görə, Yeni Dehlinin hərəkətləri Hindistan və Kanadada milyonlarla insanın həyatını inanılmaz dərəcədə çətinləşdirəcək.
“Hindistan hökumətinin bu həftə atdığı addımlar beynəlxalq hüquqa ziddir. Bu, Vyana Konvensiyasının pozulmasıdır. Belə bir qərarın diplomatik dünya üçün çox böyük nəticələri ola bilər”.
Qeyd edək ki, Kanadanın 41 diplomatı dövlətlər arasında fikir ayrılığı səbəbindən Hindistanı tərk etməli olub. Hindistanda yalnız 21 kanadalı diplomat qalacaq.