Kanadada silahlı müqavimət göstərməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

Kanada polisi hakimiyyətə qarşı silahlı müqavimətin
hazırlanmasında şübhəli bilinən 11 nəfəri həbs edib.

AzerTimes-ın
məlumatına görə, bu barədəKanada İctimai Asayiş Nazirliyi
bildirib.

Nazirlikdən bildirilib ki, qrupun çoxlu sursat olan odlu silah
anbarına girişi imkanı olub.

“Alberta polisinin araşdırması nəticəsində fevralın 14-də
cinayətkar təşkilatı ilə əlaqəli üç treyler üçün axtarış elan
edilib. Bu, 11 nəfərin tutularaq həbs edilməsinə səbəb olub”.

Axtarış zamanı şübhəli bilənən şəxslərdən tüfənglər, tapançalar,
bir neçə dəst bədən zirehi, pala və külli miqdarda döyüş sursatı
aşkar edilib.