Genişmiqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakini evlərini tərk etməyə məcbur edib.
AzerTimes xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, eyniadlı milli təbiət qoruğunun ərazisində yerləşən Jasper şəhərinin 4,7 min sakini təxliyə barədə göstəriş alıb. Britaniya Kolumbiyasında Uilyams gölü bölgəsində yaşayan vətəndaşlara da evlərini tərk etmək əmri verilib.
İtkilər barədə məlumat verilmir.
Qeyd edilir ki, yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub.