Kanada Səhiyyə Nazirliyi “Johnson & Johnson” tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndini ölkə ərazisində istifadəsini yaxın bir neçə gündə təsdiq edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə nazirliyin nümayəndəsi Supriya Şarma bildirib.
Onun sözlərinə görə, “Johnson & Johnson” peyvəndinin nazirlik mütəxəssisləri tərəfindən araşdırılması çox yaxşı gedir:
“Yaxın bir neçə gün ərzində yekun qərarın veriləcəyini gözləyirik”.