Xəbər - Ceyhun Ələkbərov – Trend:
2003-cü ildən Kanadada yaşan Yeganə Cəfərova ilk günlərdə bağça müəllimi köməkçisi işləsə də, sonradan onun əməyi dəyərləndirilib və evində fərdi uşaq bağçası açmağa icazə verilib.
AzerTimes-ın məlumatına görə, həmyerlimiz 500-ə yaxın kolleci özündə birləşdirən “Ontario Kolleclər Assosiasiyası”nın, eləcə də “Pharma-Medikal Science” kollecinin “İlin ən yaxşı müəllimi” seçdiyi Kanada azərbaycanlısıdır.
Yeganə Cəfərova İmişli rayonu Cəfərli kəndində doğulsa da, əslən qarabağlıdır. Həmyerlimiz 2014-cü ildən Kanadanın “Pharma-Medikal Science”, 2018-ci ildən isə “Canadore” kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənnlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.
Ailəlidir, bir oğlu və qızı var. Oğlu Amin York universitetinin Astro-Fizika fakultəsində oxuyur və Universitetin rəsədxanasında kiçik elmi işçidir. Onun ən böyük arzularından biri Şamaxı rəsədxanasında çalışmaqdır. Qızı Zemfira Toronto universitetində tibb üzrə təhsil alır.