İyunun 17-i axşam saatlarında Kanadanın Toronto şəhərində iki iranlı güllələnərək öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Öldürülən şəxslərin Arəş Misaqi və Səmira Yusifi olduğu bildirilib.
Cinayətkar sonda intihar edib.
Kanada polisi hadisənin səbəblərinin araşdırıldığını bildirib.